Hamamda elektrikə taxılan smartfon ölümə səbəb oldu

17 Sentyabr, 2019 16:55 | Hadisə | Baxış sayı: 187
Smartfon
Smartfon

Telefon su vannasına düşüb

Rusiya Federasiyasının Kirov vilayətində elektrikə taxılan smartfon ölümə səbəb olub. Kirovo-Çepetsk şəhərində gənc qız smartfonunu hamam otağında elektrikə qoşub. 

26 yaşlı qadın su dolu vannada olarkən telefonu əlinə götürüb. Lakin bu zaman telefon suya düşüb. Nəticədə suyla təmasa keçən elektrik enerjisi onun ölümünə yol açıb. 

Qızın meyitini onlara qonaq gələn valideynləri tapıblar.