48 yaşlı kişi kəsdiyi ağacın altında öldü

17 Sentyabr, 2019 16:10 | Hadisə | Baxış sayı: 84
Ağac kəsən
Ağac kəsən

Hadisə Gədəbəydə baş verib

Gədəbəy rayonunda bədbəxt hadisə baş verib. Hadisə rayonun Qalakənd adlanan ərazisində qeydə alınıb.

Belə ki, rayon sakini, 1971-ci il təvəllüdlü Tağıyev Elman Polad oğlunun Qalakənd meşəsində qeyri-qanuni yolla kəsdiyi ağac onun üzərinə düşüb. E.Tağıyev hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.