Piyadanı vurub öldürən avtomobil aşdı

17 Sentyabr, 2018 20:31 | Hadisə | Baxış sayı: 64
Təcili yardım maşını
Təcili yardım maşını

Sürücü və 2 sərnişini xəstəxanaya yerləşdiriliblər

Şirvan şəhərinin M.Əsədov küçəsində yol-nəqliyyat hadisəsi baş verib.

İstiPress-ə DİN-dən verilən məlumata görə, sentyabrın 15-də saat 19 radələrində Şirvan şəhəri M.Əsədov küçəsində şəhər sakini İmran Əhədov idarə etdiyi “BMW” markalı avtomobillə yolu keçən həmyerlisi Güldəstə Abışovanı vurmuş və idarəetməni itirdiyindən avtomobil aşıb. Nəticədə piyada hadisə yerində ölüb, sürücü və 2 sərnişini xəstəxanaya yerləşdiriliblər.

Şirvan ŞPŞ tərəfindən araşdırma aparılır.