Göldə batan kişinin meyiti tapılıb ailəsinə verildi

17 Sentyabr, 2018 17:58 | Hadisə | Baxış sayı: 43
Suda boğulma
Suda boğulma

1969-cu il təvəllüdlü kişinin meyiti dalğıc-axtarış qrupu tərəfindən tapılıb

Tovuz rayonunda göldə batan şəxsin meyiti tapılıb.

İstiPress-ə Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, rayonun Əyyublu kəndindəki göldə batdığı ehtimal olunan 1969-cu il təvəllüdlü Orucov Hamlet Paşa oğlunun axtarışları başa çatıb.

H.Orucovun meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.