Bu il universitetə qəbul olan 2 tələbə Xəzərdə boğuldu

17 Sentyabr, 2018 16:58 | Hadisə | Baxış sayı: 60
Axtarış aparan dalğıc
Axtarış aparan dalğıc

Onlar yeni dərs ilinin başlaması ilə əlaqədar olaraq rayondan gəliblər

Xəzər dənizinin Sumqayıt hissəsində boğulan gənclərin hər ikisi tələbə olub.

İstiPress-in şimal bürosunun məlumatına görə, hadisə dünən baş verib.

Belə ki, Cəlilabad rayonu, Uzuntəpə kənd sakinləri - 2000-ci il təvəllüdlü Hüseynov Fərid Ələddin oğlu və 1999-cu il təvəllüdlü Bağırzadə Hakim Hatəm oğlu dənizdə çimərkən boğulublar.

Onların meyiti FHN-in dalğıc-axtarış qrupu tərəfindən sudan çıxarılaraq yaxınlarına təhvil verilib.

Məlum olub ki, hər iki şəxs bu il ali məktəblərdən birinə qəbul olublar. Onlar sentyabrın 14-də yeni dərs ilinin başlaması ilə əlaqədar olaraq Cəlilabaddan Sumqayıta köçüblər.