Bakıda xaloğlular qadın sürücünü soyub zorladılar

17 Sentyabr, 2018 15:09 | Hadisə | Baxış sayı: 326
Bıçaqla soyğun
Bıçaqla soyğun

Onun 600 manatını və 10000 manatlıq zinət əşyalasını əlindən aldılar

Xətai Rayon Polis İdarəsinə müraciət edən rayon sakini şərti adı N.Z olan qadın iki nəfər naməlum şəxsin onu bıçaqla hədələyərək 600 manat və 10000 manat dəyərində qızıl-zinət əşyalarını ələ keçirdiklərini, habelə idarə etdiyi “Changan” markalı avtomobildə ona qarşı əxlaqsız hərəkətlər etdiklərini bildirib.

IstiPress-ə DİN-dən verilən məlumata görə, idarə əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən Zaqatala rayon sakini İntiqam Yunusov və xalası oğlu Qax rayon sakini Yaqub Məmmədov saxlanılıblar.

Saxlanılan şəxslər ifadələrində hadisə günü qadını izlədiklərini və zərərçəkən qadın idarə etdiyi avtomobildən düşən zaman ona yaxınlaşaraq qeyd edilən cinayəti törətdiklərini bildiriblər.

Faktla bağlı Xətai Rayon polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.