Bakı sakini qonşusunu öldürüb qaçdı

17 Sentyabr, 2018 17:38 | Hadisə | Baxış sayı: 60
Qanlı bıçaq
Qanlı bıçaq

Qatilin tutulması istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir

Paytaxtın Suraxanı rayonunda qətl hadisəsi baş verib.

IstiPress-in məlumatına görə, 1979-cu il təvəllüdlü Abuzərov Dostəli Rəşid oğlu Suraxanı rayonunda - Zeytun bağları adlanan çöllük ərazidə qonşusu, 1977-ci il təvəllüdlü Qədirov Sərsəng Alxas oğlu ilə aralarında yaranan münaqişə zəminində sonuncunu bıçaqlayıb.

Sonra D.Abuzərov hadisə yerindən qaçıb. S.Qədirov aldığı xəsarətlərdən dünyasını dəyişib.

Faktla bağlı Suraxanı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Hadisəni törədən D.Abuzərovun tutulması istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.