Qubada toy karvanında qəza

17 Avqust, 2019 13:11 | Hadisə | Baxış sayı: 190
Qəzaya uğrayan "Jiquli"
Qəzaya uğrayan "Jiquli"

İki "Jiquli" toqquşdu

Quba şəhəri ilə hərəkətdə olan toy karvanında qəza olub. İstiPress-in Şimal bürsounun məlumatına görə, hadisə Quba Olimpiya kompleksinin yaxınlığında baş verib.

İki "Jiquli"nin toqquşması nəticəsində sürücülərdən birinin həyat yoldaşı xəsarət alıb. Yerli polis şöbəsi araşdırmaya başlayıb.

Xəsarət alan qadının və sürücülərin şəxsiyyəti dəqiqləşdirilir.

Xatırladaq ki, bu, son1 ayda Qubada toy karvanında baş verən üçüncü qəzasıdır.