Bakıda maşın küçənin ortasında yandı

17 Avqust, 2019 15:09 | Hadisə | Baxış sayı: 78
Yanan maşın
Yanan maşın

Xəsarət alan yoxdur

Bakının Heydər Əliyev prospektində avtomobil yanıb. Alışan "Hyundai Sonata" markalı avtomobilin söndürülməsi üçün yanğınsöndürmə briqadalar əraziyə cəlb edilib.

FHN-in Mətbuat xidmətindən bildirilib ki, yanğından mühafizə bölmələri tərəfindən söndürülən avtomobil yararsız vəziyyətə düşüb.

Hadisə nəticəsində xəsarət alan yoxdur.