Antinarkotik reydində 30 nəfər öldürüldü

17 Avqust, 2017 09:37 | Hadisə | Baxış sayı: 21
Filippində antinarkotik reydi
Filippində antinarkotik reydi

Əməliyyat Filippinin 13 şəhərində eyni zamanda aparılıb

Filippində antinarkotik reydi zamanı 30 nəfər öldürülüb, 107 nəfər isə saxlanılıb.

İstiPress xəbər verir ki, reyd zamanı 230 qram metamfetamin, 765 qram marixuana, həmçinin qumbara və odlu silah aşkar edilib. Əməliyyat ölkənin 13 şəhərində eyni zamanda aparılıb.

Qeyd edək ki, 2016-cı ilin mayında Filippinin Prezidenti seçilmiş Rodriqo Duterte narkotik ticarətinə qarşı irimiqyaslı əməliyyatlar keçirəcəyini bildirmişdi.