Qadını avtobusla vurub öldürdü

17 İyul, 2019 15:31 | Hadisə | Baxış sayı: 58
Piyada ölümü (Arxiv)
Piyada ölümü (Arxiv)

Piyada hadisə yerində ölüb

Qazax şəhəri ərazisində yol-nəqliyyat hadisəsi baş verib. 

İstiPress-in məlumtına görə, qəza iyulun 16-da saat 8 radələrində qeydə alınıb. 

Ağstafa rayon sakini E.Hüseynov idarə etdiyi “Otoyol” markalı avtobusla həmyerlisi İradə Tanrıverdiyevanı vurub. Nəticədə piyada hadisə yerində ölüb.

Qazax RPŞ tərəfindən araşdırma aparılır.