Yaşlı kişini döyərək yol kənarına atdılar

17 İyun, 2019 10:22 | Hadisə | Baxış sayı: 48
Təcili yardım maşını
Təcili yardım maşını

Yoldan keçənlərin köməkliyi ilə rayon mərkəzi xəstəxanasına yerləşdirilib

Bərdə rayonunda orta yaşlı kişi döyülüb.

İstiPress-in məlumatına görə, hələlik şəxsiyyəti müəyyənləşməmiş şəxs rayonun Göyüşlü kəndində yolun kənarında yaralı vəziyyətdə tapılıb.

Ağır xəsarətlər almış kişi yoldan keçən insanların köməkliyi ilə Bərdə rayon mərkəzi xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib. Ona baş nahiyəsinin xəsarəti diaqnozu qoyulub. Yaralı hansı şəraitdə bu vəziyyətə düşdüyünü xatırlamır.

Faktla bağlı araşdırma aparılır.