Maşın yolu keçmək istəyən oğlanı vurub öldürdü

17 İyun, 2019 18:20 | Hadisə | Baxış sayı: 135
Piyada vurulub
Piyada vurulub

25 yaşı vardı

Qazax rayonunda 25 yaşlı piyadanı avtomobil vuraraq öldürüb.

İstiPress-in  məlumatına görə, hadisə şəhər ərazisində qeydə alınıb.

Belə ki, Qazax rayon sakini, 1994-cü il təvəllüdlü Türxan Eldarovu yolu qarşı tərəfə keçmək istəyərkən avtomobil vurub və gənc aldığı xəsarətlərdən hadisə yerindəcə ölüb.

Faktla bağlı araşdırma aparılır.