Keçmiş məhkum 3 nəfəri öldürdü - bir neçə yaralı var

17 İyun, 2019 11:37 | Hadisə | Baxış sayı: 107
Ov tüfəngi
Ov tüfəngi

Nəsillər arasında uzun illərdir mövcud olan qan davasının səbəb olduğu bildirilir

Ağstafa rayonunda keçmiş məhkum üç nəfəri güllələyərək qətlə yetirib.

İstiPress-in məlumatına görə, hadisə rayonun Böyük Kəsik kəndi ərazisində qeydə alınıb.  

Belə ki, həbsdən yenicə çıxmış şəxs üç nəfəri güllələyərək öldürüb, daha bir neçə nəfəri isə yaralayıb.

Hadisəyə nəsillər arasında uzun illərdir mövcud olan qan davasının səbəb olduğu bildirilir. 

Faktla bağlı araşdırma aparılır.