Əfqan əsgəri 4 Amerika hərbçisini güllələyib

17 İyun, 2017 18:53 | Hadisə | Baxış sayı: 90
ABŞ tankları Əfqanıstanda
ABŞ tankları Əfqanıstanda

Hadisə əfqanıstanlı hərbçinin amerikalılara silahlı hücumu nəticəsində baş verib

Əfqan əsgərin Məzari-Şərifdə hərbi bazaya hücumu nəticəsində azı 4 Amerika hərbçisi həlak olub.

İstiPress xəbər verir ki, bu barədə Reuters agentliyi hərbi məmura istinadla məlumat yayıb. “Əfqanıstanlı əsgər bazanın ərazisində 4 ABŞ əsgərini güllə ilə vurub. Biz təhqiqat aparırıq”, - Əfqanıstan ordusunun 209-cu korpusunun nümayəndəsi Abdulla Kaxar Araam agentliyə belə deyib. ABŞ-ın Kabildəki hərbi komandanlığından Məzari-Şərif şəhərindəki “Şahin” düşərgəsində baş vermiş insident barədə məlumatlı olduqlarını bildiriblər.

Bir qədər əvvəl KİV-lər buna bənzər insident zamanı 3 ABŞ əsgərinin həlak olduğu haqqında məlumat yaymışdılar.