Polis gül dükanında yararsız ət aşkarladı - FOTO

17 May, 2019 18:43 | Hadisə | Baxış sayı: 110
Polis
Polis

Qida Təhlükəsizliyi Agentliyinin laboratoriyasına təhvil verilib

Mayın 16-da DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsi əməkdaşlarının Qida Təhlükəsizliyi Agentliyinin nümayəndələri ilə birgə Xudat şəhəri ərazisində axtarış tədbiri keçirilib. 

İstiPress-in məlumatına görə, şəhərin O.Mirzəyev küçəsində yerləşən Rəvan Bağıyevə məxsus gül satışı mağazasında soyuducudan mənşəyi məlum olmayan 100 kiloqram çəkidə ət aşkar edilib.

Ətdən götürülmüş nümunələr müvafiq ekspertizanın keçirilməsi üçün Qida Təhlükəsizliyi Agentliyinin laboratoriyasına təhvil verilib.

Araşdırmalar aparılır.