Rayon sakini Sumqayıtda arvadını öldürdü

17 May, 2018 17:39 | Hadisə | Baxış sayı: 125
Əli bıçaqlı qatil (Arxiv)
Əli bıçaqlı qatil (Arxiv)

Bıçaqlanma qısqanclıq zəminində olub

Sumqayıtda qətl törədilib.

İstiPress-in məlumatına görə,  şəhərin 9-cu mikrorayonda qohumlarının evində müvəqqəti yaşayan Beyləqan rayon sakinləri – 1972-ci il təvəllüdlü Rəfail Feyziyev qısqanclıq zəminində həyat yoldaşı, 1981-ci il təvəllüdlü Rafət Feyziyevanı bıçaqlayaraq öldürüb.

R. Feyziyev saxlanılıb. Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq hərəkətləri davam etdirilir.