Alpinistlərin meyitləri Bakıya gətirilir FOTO, YENİLƏNİB

17 May, 2018 10:08 | Hadisə | Baxış sayı: 602
Alpinistlərin meyitləri
Alpinistlərin meyitləri

5 ay sonra qar altından çıxıarılan meyitlər ailələrə verildi

İtkin düşmüş alpinistlərin meyiti ailələrinə təhvil verilib. İstiPress-in Şimal bürosunun məlumatına görə, meyitlər Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Quba rayon şöbəsində müayinə ediliblər.

İlk olaraq Fəridə Cəbrayılzadənin, daha sonra isə Babur və Naimin meyiti ailəsinə təhvil verilib. Meyitlər dəfn edilməsi üçün Bakıya gətirilirlər. 

Saat 08:10

Qubada ötən ilin sonunda itkin düşmüş, ötən gün tapılan alpinist meyitləri Rayon Mərkəzi Xəstəxanasının morquna gətirilib. İstiPress-in Şimal bürosunun məlumatına görə, Hüseynov Babur Vaqif oğlu, Cəbrayılzadə Fəridə Zəbiyulla qızı və Bünyatzadə Namin Nizami oğlunun itkin düşdükləri yerin yaxınlığında çadırdan tapılan meyitləri çətinliklə xüsusi nəqliyyat vasitəsilə dağdan Xınalıq kəndinə, gecə saat 03.26-da isə Xınalıqdan Quba şəhərinə gətirilib.

Onların meyiti müayinə olumaq üçün Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinə, daha sonra isə ailələrinə təhvil veriləcək.

Fövqəladə Hallar Nazirliyi (FHN) əməkdaşının bildirdiyinə görə, alpinistlərin meyitləri axtarış qərargahından 6 km aralıda tapılıb. Meyitlər tanınan haldadır.

Xatırladaq ki, ötən il dekabrın 26-da Quba rayonunda dağlıq ərazidə “Gilavar" Hava və Ekstrim İdman Klubunun üzvləri Fəridə Zəbiyulla qızı Cəbrayılzadə, Babur Vaqif oğlu Hüseynov və Namin Nizami oğlu Bünyatzadə itkin düşüblər.

Dekabrın 27-dən Fövqəladə Hallar Nazirliyinin (FHN) peşəkar xilasedicilərindən ibarət dəstələrin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) əməkdaşlarının iştirakı ilə aparılan axtarışlar nəticəsində mayın 16-da axşam saatlarında axtarışların aparıldığı ərazidə alpinistlərə aid çadırın yeri müəyyən edilib, 3 meyit (2 kişi və 1 qadın) və alpinistlərə aid digər əşyalar aşkarlanıb.

İtkin alpinistlər
İtkin alpinistlər