Azərbaycanlı qızların ən sevimli məşhuruna şok həbs cəzası FOTOLAR

17 May, 2018 08:55 | Hadisə | Baxış sayı: 350
Gizem Karaca və Çağatay Ulusoy
Gizem Karaca və Çağatay Ulusoy

Türkiyənin məşhur simaları narkotik ticarəti ilə məşğul olublarmış

Azərbaycanda da çəkildikləri seriallart sayəsində məşhurlaşan tanınmış türkiyəli aktyorlara həbs cəzası verilib. İstiPress-in Türkiyə mətbuatına istinadla verdiyi məlumata görə, söhbət Çağatay Ulusoy, Gizem Karaca və müğənni Cenk Erendən gedir. Adıçəkilən gənclər narkotik maddə alqı-satqısı və istifadəsində ittiham edilirlər. Onlarla birlikdə ümumilikdə 34 nəfər məhkəmə qarşısına çıxıb.

Məhkəmə qərarı ilə Çağatay Ulusoy və Gizem Karacaya “narkotik maddə ticarəti etmək" itihamı ilə 4 il 2 ay,  müğənni Cenk Erenə isə eyni ittihamla 6 il 3 ay cəza verilib. Buna səbəb onun üzərindən kokain adlı daha ağır narkotik maddənin tapılması olub. 

Xatırladaq ki, adıçəkilən şəxslər 2013-cü ildə polisin həyata keçirdiyi əməliyyat zamanı saxlanılıblar. Lakin sonradan sərbəst buraxılmışdılar.  

İstanbul Ağır Cəza Məhkəməsinin qərarı daha yuxarı instansiyada təsdiqlənərsə hər üç  məşhur da həbsxanaya göndəriləcək.

Çağatay Ulusoy
Çağatay Ulusoy
Gizem Karaca
Gizem Karaca
Cenk Eren
Cenk Eren