Bakıda avtobuslarda oğurluq edən qadınlar tutuldu

17 Aprel, 2019 20:49 | Hadisə | Baxış sayı: 85
oğru
oğru

Çanta və pulqabı oğurlayırmışlar

Bakıda çanta və pulqabı oğurlayan qadınlar tutulub.

İstiPress Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən bildirir ki, Xətai Rayon Polis İdarəsinin 35-ci bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində xətt avtobusunda bir qadının çantasından içərisində 900 manat olan pulqabısını oğurlamaqda şübhəli bilinən N.Ağammədova saxlanılıb.

Nəsimi Rayon Polis İdarəsinin 21-ci bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində isə Bakı şəhər sakini S.Hacıyevanın içərisində 100 manat, 80 avro və 100 funt sterlinq pul olan çantasını oğurlamaqda şübhəli bilinən paytaxt sakini K.Ələkbərova saxlanılıb.