Türkiyədə azərbaycanlı qadını qaldığı evdə döyüb öldürdülər FOTO

17 Aprel, 2018 13:55 | Hadisə | Baxış sayı: 210
Qətlə yetirilən azərbaycanlı
Qətlə yetirilən azərbaycanlı

Türkan İsoyeva iki uşaq anası olub

Türkiyədə azərbaycanlı qadın qətlə yetirilib. İstiPress-in məlumatına görə, qadın vəhşicəsinə döyülüb. 

Hadisə Dənizli şəhərində qeydə alınıb. Azərbaycan vətəndaşı Türkay İsoyevanın (33 yaş) meyiti qaldığı mənzildə tapılıb. İki uşaq anasının cansız bədənini onun qonşuları aşkar ediblər. Dərhal hadisə yerinə polis çağırılıb. Tibbi ekspertlər qadının döyülmə nəticəsində öldüyünü müəyyən ediblər. 

Qadını qətlə yetirən şəxs və ya şəxslərin tapılması üçün araşdırma başlanılıb. 

Qonşular cinayətin baş verdiyi evdə müntəzəm olaraq davaların olduğunu, adətən burada gecə klublarında çalışan qadınların qaldığını bildiriblər.