Sürücü piyadanı vurdu, qaçdı, sonra özünü satdı

17 Aprel, 2018 18:19 | Hadisə | Baxış sayı: 236
Meyit
Meyit

Bakı-Quba yolunun Şabran şəhərindən keçən hussəsində gecə saatlarında rayonun Uzunboyat kənd sakini, 49 yaşlı Asim Cahangirov avtomobillə vurulub və 3 uşaq atası olan piyada dərhal keçinib.

İstiPress-in şimal bürosunun məlumatına görə, Şabran polis şöbəsinin gecədən başladığı əməlliyyat-axtarış tədbirləri nəticəsində məlum olub ki, Asim Cahangirovu Balakən rayon sakini, 53 yaşlı Bəşir Mühtümovun isarə etdiyi "Mersedes"markalı avtomobil vurub.

Avtomobil piyadanı sürüyüb, vurandan sonra üstündən vurub keçərək sürüb gedib və az sonra geri qayıdan sürücü DİN-nin 102 xidmətinə zəng edərək bildirib ki, Bakı-Quba yolunda meyit var və o da avtomaşınla üstündən keçib. Dərhal Şabran polisi əməliyyat tədbirlərinə başlayıb və faktlarla sübut edib ki, mərhum Asim Cahangirovu elə Bəşir Mühtümovun idarə etdiyi avtomobil vurub. Balakənli sürücünün cinayətdən yayınmaq istəyini və məsuliyyəti öz üzərindən atmaq cəhdini Şabran polisi ürəyində qoyub.

Bəşir Mühtümov Baş Dövlət Yol Polisi idarəsinin istintaq və təhqiqat şöbəsinə təhvil verilib.Bildirək ki, Bəşir Mühtümov "Mahaçqala-Balakən"marşrutu üzrə taksi işləyir. Dağıstandan qayıdan Mühtümovun avtomobilində biri Qax, biri Ağdaş və biri Balakən sakini olmaqla 3 nəfər sərnişin olub.