Hələ belə boşanma səbəbi eşitməmisiniz

17 Aprel, 2018 10:15 | Hadisə | Baxış sayı: 269
Sızanaq
Sızanaq

Hamilə qadın ərini məhkəməyə verdi

Türkiyədə qəribə boşanma prosesi başlayıb. İstiPress-in məlumatına görə, istanbulda yaşayan qadın ərinin sözlərindən incidiyi üçün ondan ayrılmağa qərar verib. 

Gülcan C. "üzündə niyə sızanaqlar var?" deyən ərindən boşanmaq istəyir. 

İddiaya görə, kişi həyat yoldaşının dərisi, burnu ilə zarafat edib. Bu isə xanımın xoşuna gəlməyib. Qadın iddia ərizəsində hamilə olduğunu deyib. 

"Hamilə vaxtımda mənimlə belə münasibəti bütün psixologiyamı alt-üst edib. əlimdən gələn hər şeyi edirəm. Buna baxmayaraq məni lağa qoyur. Artıq dayanmaq üçün gücüm qalmayıb". 

Qadın həm uşaqlarını, həm də 50 min lirə təzminat tələb edib.