Bakıda avtobus qəzaya uğradı: böyük tıxac yarandı - VİDEO

17 Mart, 2019 14:43 | Hadisə | Baxış sayı: 132
Bakıda avtobus qəzası
Bakıda avtobus qəzası

Sərnişin avtobusunun təkərində nasazlıq baş verib

Bakıda sərnişin avtobusu qəzaya uğrayıb.

İstiPress-in məlumatına görə, hadisə Qaradağ rayonunda, kənar dairəvi yolda qeydə alınıb. 

Belə ki, Bakıdan Astaraya qeyri-müntəzəm marşrut xətti üzrə hərəkət edən “Temsa” markalı sərnişin avtobusu təkərində baş verən nasazlığa görə yoldakı dəmir arakəsmələrə çırpılıb. Nəticədə Lökbatan dairəsi istiqamətində böyük tıxac yaranıb.

Faktla bağlı araşdırma aparılır.