Ana və uşağı qəzada xəsarət aldı

17 Mart, 2019 13:59 | Hadisə | Baxış sayı: 48
Avtomobil qəzası
Avtomobil qəzası

“Mercedes" VAZ-a çırpılıb

Bu gün günorta saatlarınada yeni Ələt-Astara avtomobil yolunun Salyan rayonundan keçən 62-ci km-də qəza baş verib.

İstiPress-in "virtualaz.org"un Şirvan bürosuna istinadən məlumatına görə, “Mercedes-C” markalı minik avtomaşını hərəkətdə olarkən arxadan, qarşısında gedən Abşeron rayon sakini Rövşən Əliyevin idarə etdiyi “VAZ-2107” markalı maşına çırpılıb. Qəza nəticəsində “VAZ-2107”də olan sərnişinlər - sürücünün həyat yoldaşı, Abşeron rayonu, Ceyranbatan qəsəbə sakini, 24 yaşlı İlkanə Aydın qızı Əliyeva və 2 yaşlı oğlu Yunis Rövşən oğlu Əliyev müxtəif dərəcəli bədən xəsarətləri aldıqlarından Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.