Azərbaycanda bir gündə iki zəlzələ oldu

17 Fevral, 2020 09:18 | Hadisə | Baxış sayı: 55
Yeraltı təkanların ölçülməsi
Yeraltı təkanların ölçülməsi

Təkanlar Şamaxı və Lerikdə qeydə alınıb

Azərbaycanda bir gündə iki təkan qeydə alınıb. Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata görə, ilk təkan Şamaxıda hiss edilib. Yeraltı təkanlar yerli vaxtla saat 16:32-də Qobustan stansiyasından 32 km cənub-qərbdə Şamaxı rayonunda qeydə alınıb. 

Zəlzələ 3,9 maqnitudada qeydə alınıb və zəlzələ ocağı 13 kilometr dərinlikdə yerləşib. 

İkinci zələzlə isə Lerik rayonunda saat 21 radələrində baş verib. Təkanların maqnitudası 3,5 olub. Ocağı 10 kilometr dərinlikdə yerləşən zəlzələ hiss olunub.