Avtobus piyadanı vurub öldürdü

17 Fevral, 2020 18:20 | Hadisə | Baxış sayı: 64

Piyada aldığı xəsarətlərdən hadisə yerində keçinib

Gəncə şəhərində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

İstiPress-ə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, hadisə fevralın 16-da saat 7 radələrində Gəncə şəhəri, Nizami küçəsində qeydə alınıb.

Samux rayon sakini Əhməd Mustafayev idarə etdiyi “İsuzu” markalı xətt avtobusu ilə yolu keçən şəhər sakini Eldar Abbasovu vurub.

Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Gəncə Şəhər Baş Polis İdarəsi tərəfindən araşdırma aparılır.