Qar Bakı yaxınlığında zəncirvari qəzaya səbəb oldu

17 Fevral, 2019 11:50 | Hadisə | Baxış sayı: 203
Qobustanda qar üzündən baş vermiş qəza
Qobustanda qar üzündən baş vermiş qəza

4 avtomobil bir-birinə dəyib

Bakı-Şamaxı-Yevlax yolunda xəsarətlə nəticələnən yol qəzası baş verib.

İstiPress-in məlumatına görə, zəncirvari qəza yolun Qobustan rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Yolun qarlı və dumanlı olması səbəbindən Şamaxı istiqamətində hərəkətdə olan "Ford" markalı maşın beton arakəsməyə dəyərək əzilib. Avtomobili ərazidən təxliyyə etməyə gələn evakuator hadisə yerində dayanan zaman, "Opel" və "Lada" markalı iki minik avtomobiliarxadan ona çırpılıb. Nəticədə maşınların 4-dü də əzilib.

Qəza zamanı 1991-ci il təvəllüdlü Şəki rayon sakini Mirhəmədov Rövşən Hacı oğlu xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.