İki toqquşmada 3 nəfər xəstəxanalıq oldu

17 Fevral, 2019 12:29 | Hadisə | Baxış sayı: 154
Qubada qəza
Qubada qəza

Yük maşının ilə toqquşma daha ağır olub

Quba və Xaçmaz rayonlarında 4 avtomaşının toqquşması üç nəfəri xəstəxanalıq edib.

İstiPress-in şimal bürosunun məlumatına görə, Bakı - Quba yolunun Qubanın Paşaoba kəndindən keçən hissəsində "Qazel"markalı yük avtomobili ilə "Jiquli" Vaz-2107 markalı avtomobilinin toqquşması  "Jiquli"nin sürücüsü Amil Xəlilovun və bir sərnişinin yerli xəstəxanaya düşməsi ilə nəticələnib.

Gəndab-Yalama yolunun Xaçmazın Qusarçay kəndi ərazisindən keçən hissəsində "Mersedes"markalı avtomaşınla Vaz-21015 markalı avtomaşın qəza törədib. Nəticədə "Mersedes"in sürücüsü Xaçmaz rayon mərkəzi xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib.

Hər iki fakt üzrə araşdırmalar başlanılıb.