Azərbaycanda qəzaya düşmüş iki əmoğludan biri öldü

17 Yanvar, 2018 11:26 | Hadisə | Baxış sayı: 203
VAZ 2106 - ARXİV
VAZ 2106 - ARXİV

Bu axşam saat 18 radələrundə Xaçmazın Xudat şəhərində qəzaya düşmüş 2 əmoğludan biri dünyasını dəyişib.

İstiPress-in şimal bürosunun məlumatına görə, Xudat şəhəri ərazisində Rusiya vətəndaşı Xasay Xasayevin idarə etdiyi TİR-lə Xudat şəhər sakini Anar Qəmrayevin idarə etdiyi "Jiquli" - Vaz-2106 markalı avtomobil toqüuşub.

Nəticədə, "Jiquli"nin sürücüsü, 21 yaşlı Anar Qəmrayev Xaçmaz rayon mərkəzi xəstəxanasında ölüb. Yaralı sürücüyə əvvəlcə Xudat şəhər xəstəxanasında ilk tibbi yardım göstəriləndən sonra Xaçmaz mərkəzi xəstəxanasına göndərilmişdi. "Jiquli"nin sərnişini, əmisi oğlu, 27 yaşlı Elçin Qəmrayevin isə müalicəsi xəstəxanada davam etdirilir.

Bildirək ki, qəzaya Vaz-2106 markalı avtomobilin TİR-in hərəkət yoluna çıxmasının səbəb olduğu deyilir. Bu, təyin ediləcək avtomobil nəqliyyatı ekspertizasının verəcəyi rəydən sonra məlum olacaq.

Fakta görə Xaçmaz rayon polis şöbəsinin istintaq bölməsində cinayət işi açılıb.