Bakıda “Mercedes” içində xəstə olan təcili yardımı vurdu

16 Dekabr, 2019 09:56 | Hadisə | Baxış sayı: 42

Yüksək sürətlə gələn minik avtomobili təcili yardıma çırpılıb

Bakının Yasamal rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

İstiPress-in məlumatına görə, qəza Abbas Mirzə Şərifzadə küçəsində qeydə alınıb.

Təcili Təxirəsalınmaz Tibbi Yardım Xidmətinə (TTTYX) məxsus “Mercedes Sprinter” markalı nəqliyyat vasitəsi xəstə apararkən geriyə dönmə əməliyyatı edib. Bu zaman həmin istiqamətdə yüksək sürətlə gələn “Mercedes” markalı minik avtomobili ona çırpılıb. TTTYX-yə məxsus avtomobildən xəstə çıxarılaraq başqa bir “Ambulans”la xəstəxanaya aparılıb.