Rusiyada sərxoş azərbaycanlı qardaşını öldürdü

16 Dekabr, 2017 14:53 | Hadisə | Baxış sayı: 215
Ov tüfəngi
Ov tüfəngi

Böyük qardaş kiçiyini ov tüfəngi ilə ürəyindən vurub

Sankt-Peterburqda azərbaycanlı qardaşlar arasında yaşanan mübahisə ölümlə nəticələnib.

İstiPress-in "piter.tv"yə istinadən verdiyi məlumata görə, hadisə Telejnı küçəsində mənzildə baş verib.
 
Bildirilir ki, Sankt-Peterburqun mərkəzində yaşayan 31 və 48 yaşlı qardaşlar hadisə baş verən gün birlikdə spirtli içki içiblər və aralarında mübahisə yaranıb. Nəticədə, Tərlan adlı böyük qardaş ov tüfəngi ilə qardaşını ürəyindən güllələyib. Yaralanan qardaş yerindəcə ölüb.

Hadisəni törətmiş şəxs saxlanılıb. O, etiraf edib ki, qardaşını sadəcə qorxutmaq istəyib, tüfəngin dolu olmasından xəbərsiz olub. 

Faktla bağlı cinayət işi açılıb.