Polis Bakıda naməlum kişi meyitinin qohumlarını axtarır - FOTO

16 Dekabr, 2017 15:32 | Hadisə | Baxış sayı: 163
Meyit
Meyit

55-60 yaşlı kişi kəllə-beyin travması alaraq ölüb

Cari il dekabrın 9-da Yasamal rayonu ərazisindən 55-60 yaşlarında bir kişi kəllə-beyin travması ilə kliniki tibbi mərkəzə yerləşdirilib və orada ölüb.

İstiPress Daxili İşlər Nazirliyindən daxil olan məlumata istinadən bildirir ki, həmin kişinin xarakterik əlamətləri belədir:  boyu 170 santimetr, arıq bədən quruluşlu, dişləri seyrək, gözləri qara, əynində qara şalvar, qara gödəkçə və qara ayaqqabı var.  

Şəxsiyyəti istintaqa məlum olmayan, şəkildə gördüyünüz kişini tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102” Xidməti Zəng Mərkəzinə, həmçinin Yasamal Rayon Polis İdarəsinə (012) 434-02-02, 434-62-36 telefon nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur. 

Yasamal rayonunda tapılmış cesed
Yasamal rayonunda tapılmış cesed