Sumqayıtda fəhlələr kütləvi zəhərləndi

16 Noyabr, 2019 14:55 | Hadisə | Baxış sayı: 65
Təcili yardım
Təcili yardım

Onlrdan 3-ü Toksikologiya şöbəsinə gətirilib

Sumqayıt şəhərində yerləşən zavodların birində baş verən zəhərlənmə hadisəsi ilə əlaqədar 13 nəfər özəl tibb müəssisələrindən birinə müraciət edib. Bu barədə məlumat Səhiyyə Nazirliyindən verilib.

Məlumatda bildirilir ki, onlardan 10-u ambulator müalicəyə buraxılıb. 3 nəfər Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə gətirilib.

Xəstələrin vəziyyəti orta-ağır kimi qiymətləndirilir. Günün sonuna doğru evə buraxılacaqları ehtimal edilir.