Çörçilin qızıl unitazı oğurlandı

16 Sentyabr, 2019 11:45 | Hadisə | Baxış sayı: 48
Qızıl unitaz
Qızıl unitaz

Unitaz işlək vəziyyətdə idi

Uinston Çörçilin qızıl unitazı oğurlanıb. Polisin məlumatına görə, unitaz Blenxeym sarayından yoxa çıxıb.

18 əyarlıq qızıldan hazırlanan bu ayaqyolu aksesuarının qiyməti 1 milyon funt sterlinqdir. Onu italiyaalı rəssam Mauritso Kattelan hazırlayıb. Unitazdan istiadə etməyə də icazə verilirdi. lakin bu zaman muzeyin mühafizə xidməti daima orada oturan şəxsin yanında - qapının digər üzündə olmalı idi.  2016-cı ildə installyasiya Nyu-Yorkda sərgilənib. 

Polisin məlumatına görə, soyğunçular gecə saatlarında muzeyə daxil olublar. Unitaz kanalizasiya və su sisteminə qoşulu olduğu üçün oğurluq su basması ilə nəticələnib.

Ehtimala görə qarətçilər bir neçə nəfər olublar və muzeyə 2 maşınla gəliblər. Hazırda oğurluq şübhəsi ilə bağlı 66 yaşlı bir kişi saxlanılıb. "İncəsənət əsəri" hələ tapılmayıb.