Bakıda polis maşını əzilib yararsız hala düşdü VİDEO

16 Sentyabr, 2019 14:15 | Hadisə | Baxış sayı: 118
Təcili yardım və polis maşını
Təcili yardım və polis maşını

Polis maşını avtobusla toqquşub

Ötən gün Bakının Binəqədi rayonunda yol polisi avtomobili qəzaya uğrayıb.İstiPress "Baku.Ws"ə istinadən xəbər verir ki, hadisə “Monto Kristo” restoranı yaxınlığında qeydə alınıb.

Belə ki, 99 YP 468 nömrə nişanlı avtomobilin sürücüsünün idarə etdiyi maşın avtobusla toqquşub. Qəza zamanı yol polisi xəsarət alıb.

Hadisə barədə Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, faktla Bağlı Binqəqədi RPİ-də araşdırma başlanılıb, hadisənin təfərrüatları öyrənilir:

“Hadisə ehtiyatsızlıqdan baş verib. Xəsarət alanlar əməkdaşlarımız DİN-in Hospitalına yerləşdirilib, vəziyyətləri qənaətbəxşdir”.