Bakıda ər keçmiş arvadının üstünə benzin töküb yandırdı

16 Sentyabr, 2019 12:46 | Hadisə | Baxış sayı: 122
Yanan adam
Yanan adam

Kişi keçmiş arvadını qısqanıb

Sabunçu rayonunda ailə münaqişəsi zəminində dəhşətli hadisə baş verib.

38 yaşlı Rasim Əhmədov keçmiş həyat yoldaşı, 33 yaşlı Aynurə Məmmədzadənin Maştağa qəsəbəsində yaşadığı evinə gedib. Orada mübahisə edən keçmiş cütlüyün davası cinayətlə yekunlaşıb. R. Əhmədov keçmiş arvadının üzərinə benzin tökərək onu diri-diri yandırıb.

Yanıq xəsarətləri alan A. Məmmədzadə xəstəxanaya yerləşdirilib, həkimlər onun həyatını xilas edə biliblər.

R. Əhmədov Aynurəni qısqanclıq zəminində yandırdığını deyib. Faktla bağlı araşdırma aparılır. (qafqazinfo)