Xəzərdə 1 nəfər batıb

16 Sentyabr, 2018 17:24 | Hadisə | Baxış sayı: 73
suda boğulma
suda boğulma

Hadisə ən yaxın xilasetmə məntəqəsindən 1,5 km aralı, nəzarətsiz ərazidə baş verib

Xəzər dənizində 1 nəfər batıb.

İstiPress Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Abşeron rayonunun Novxanı kəndində dənizdə (ən yaxın xilasetmə məntəqəsindən 1,5 km aralı, nəzarətsiz ərazi) 1 nəfərin batdığı ehtimal olunur.

FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.