37 yaşlı Azərbaycan vətəndaşı polis konvoyundan qaçıb
Rusiyanın Çuvaşiya Respublikasında polisdən qaça bilmiş Azərbaycan vətəndaşı axtarışa verilib.
İstiPress yerli mənbələrə istinadən xəbər verir ki, hadisə avtobus dayanacağında baş verib.
Belə ki, ötən cümə günü, sentyabrın 14-də, Çuvaşiyanın Kugesi qəsəbəsindəki “Koneçnaya” ictimai nəqliyyat dayanacağında 37 yaşlı Azərbaycan vətəndaşı polis konvoyundan qaçıb. Mənbə əlavə edir ki, azərbaycanlının adı Elnurdur - alçaq boylu, dolu bədənli, qonur gözlü, qaraşın şəxs axtarışa verilib.
Qaçdığı vaxt Elnurun əynində tünd rəngli geyim, qara ayaqqabı olub.
Güman edilir ki, Elnur həyat yoldaşının yaşadığı Moskva şəhərinə yollanıb. Lakin onun qəsəbədə gizlənməsi versiyası da araşdırılır. Halbuki, cəmi 12 min nəfərin yaşadığı qəsəbədə uzun müddət gizlənmək real görünmür.
Hökumət insidenti adi məişət zəminində baş vermiş kriminal hadisə kimi dəyərləndirir və...
Ata evində olan qadın özünü ərinin öldüyü yerdə asıb
Onlar baş verən insidentləri təxribat adlandırıblar
Evin həyətindəki tövlədə kəndirlə özünü asıb
Üzərindən heroin və tiryək aşkarlanıb