Azərbaycanda sürücü sükan arxasında bıçaqlandı

16 Sentyabr, 2017 18:33 | Hadisə | Baxış sayı: 262
Taksi sürücüsünü kürəyindən bıçaqladılar
Taksi sürücüsünü kürəyindən bıçaqladılar

Polis hadisəni törədən şəxsi axtarır

Şəkidə bıçaqlanma hadisəsi olub.

İstiPress-in Şəki-Zaqatala bürosunun xəbərinə görə, 36 yaşlı Şəki şəhər sakini Abdurrəhmanov Etibar Rəhim oğlu naməlum şəxs tərəfindən bıçaqlanıb.

Bıçaqlanma sürücü 90 MC 583 dövlət nişanlı Opel markalı avtomobildə olarkən baş verib. Sürücü idarəetməni itirərək maşını ağaca çırpıb. Yaralı xəstəxanaya çatdırılıb. Sağ qolunun üçdə birinin kəsilmiş yarası diaqnozu qoyulub. 

Polis hadisəni törədən şəxsi axtarır.