Gədəbəydə dəhşətli QƏTL

16 Avqust, 2017 11:25 | Hadisə | Baxış sayı: 302
Qətl
Qətl

Yeniyetmə yeniyetməni bıçaqlayaraq öldürüb

Gədəbəydə bıçaqlanma hadisəsi baş verib.

İstiPress Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Gədəbəy şəhərindəki parkda naməlum şəxs rayon sakini 14 yaşlı Turay Şabanova bıçaqla xəsarət yetirərək hadisə yerini tərk edib.

T.Şabanov xəstəxanaya aparılarkən yolda ölüb.

Gədəbəy Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən, rayon sakini olan yeniyetmə saxlanılıb.

Faktla əlaqədar cinayət işi başlanılıb.