Bakıda yol çökdü - FOTO

16 Avqust, 2017 19:20 | Hadisə | Baxış sayı: 251
Bakıda yol çökdü
Bakıda yol çökdü

Çiyin hissə tamamilə sırdan çıxıb

Binəqədi - Novxanı avtomobil yolunun 11 km-də çökmə hadisəsi qeydə alınıb. Bu barədə İstiPress-ə “Azəravtoyol” ASC-dən bildirilib.

Məlumatda deyilir ki, çökmə yolun təqribən 3-4 metr enində olan hissəni əhatə edir. Eyni zamanda yolun çökən hissəsinin dərinliyi 5-6 sm-dir.

Çökməyə səbəb yolun əsaslı şəkildə yenidən qurulmasından öncə aidiyyəti qurum tərəfindən çəkilmiş yeni su borusunun partlamasıdır. Nəticədə su yol yatağını yuyaraq yol əsasının çökməsinə gətirib çıxarıb. Çökmə hadisəsi nəticəsində avtomobil yolunun çiyin hissəsi də tamamilə sırdan çıxıb.

Dərhal əraziyə “Azəravtoyol”un əməkdaşları cəlb olunub və yolun bərpası istiqamətində lazımi tədbirlər həyata keçirilir. 

Binəqədi - Novxanı avtomobil yolunun 11 km-də çökmə hadisəsi qeydə alınıb
Binəqədi - Novxanı avtomobil yolunun 11 km-də çökmə hadisəsi qeydə alınıb