Rayona gedirdi, qəzada öldü

16 İyul, 2019 14:59 | Hadisə | Baxış sayı: 112
Avtomobil qəzası
Avtomobil qəzası

Qaradağ rayonunun Ələt qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. 

İstiPress-in məlumatına görə, hadisə iyulun 15-də saat 14 radələrində qeydə alınıb. 

Cəlilabad rayon sakini Yəhya Abbasov idarə etdiyi “QAZ-3302” markalı avtomobili aşırıb. Nəticədə sürücü hadisə yerində ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.