Tualetə gedib qayıdan zaman Gülnarə nişan üzüyünün itdiyini görüb
“Miss Azərbaycan 2010” gözəllik müsabiqəsinin qalibi Gülnarə Əlimuradova bahalı üzüyünü itirib. O, bununla bağlı polisə müraciət edib.
İstiPress RenTV-yə istinadən xəbər verir ki, 29 yaşlı qız iyulun 15-də Moskvadakı “Çayxana” restoranında istirahət edirmiş. Tualetə gedib qayıdan zaman Gülnarə nişan üzüyünün itdiyini görüb. Ona dəymiş zərərin 1,5 milyon rubl (təxminən 40 min manat – red.) olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.
2010-cu ildə “Miss Azərbaycan” gözəllik müsabiqəsində münsiflər heyətinin 12 üzvündən 7-si qələbəni Gülnarə Əlimuradovaya verib. O, Bülbül adına musiqi məktəbinin məzunudur, daha sonra skripka sinfi üzrə Bakı Musiqi Akademiyasında ali təhsil alıb. Bir sıra brendlərin siması kimi reklam sahəsində məşhur modellərdən biri hesab olunur.
Relslərin üzərində gəzən şəxsin kimliyi bəlli olub
Aldadaraq 90 yaşlı qadınınevinə girən kişi onun boğmağa başlayıb
Masallı sakini narkotiki “Mehdi” adlı şəxsdən aldığını deyib
İranlı kişi narkotiki konfetin içində gizlətmək istəyib