Turist avtobusu qəza törətdi: 38 yaralı

16 İyul, 2017 10:35 | Hadisə | Baxış sayı: 85

Avtobusun təkərlərinin partlaması nəticəsində o, işıq dirəyinə, sonra isə baryerə çırpılaraq aşıb

Türkiyənin Girəsun əyalətində Gürcüstandan olan tələbələri daşıyan turist avtobusu qəza törədib.

İstiPress "HaberTürk"ə istinadən xəbər verir ki, qəza nəticəsində 38 nəfər xəsarət alıb.

İlkin məlumata əsasən, qəza avtobusun təkərinin partlaması nəticəsində baş verib. Avtobus əvvəlcə işıq dirəyinə, sonra baryerə dəyərək çevrilib. Araşdırma davam edir.