Avtobus dərəyə aşdı: 16 ölü

16 İyul, 2017 16:30 | Hadisə | Baxış sayı: 196

30-dan çox xəsarət alan var

Hindistanda zəvvarları daşıyan avtobus dərəyə aşıb.

İstiPress "RİA Novosti"yə istinadən xəbər verir ki, avtobusun dərəyə aşması nəticəsində 16 nəfər həlak olub, 30 nəfər isə yaralanıb.

Qəzanın səbəbi hələlik müəyyənləşdirilməyib. Şahidlərin dediyinə görə, avtobus qəflətən yoldan kənara çıxıb və dərəyə yuvarlanıb. 

Hindistanın baş naziri Narendra Modi ölənlərin ailələrinə başsağlığı verib. 

Qeyd edək ki, Hindistanda yolların pis vəziyyətdə olması, çox yüklənmə və avtomobili təhlükəli idarə etmə səbəbindən tez-tez yol qəzaları baş verir. Bir il ərzində bu ölkədə 150 mindən çox insan yol qəzalarının qurbanı olub.