7 yaşlı qız qəzanın qurbanı oldu FOTO YENİLƏNİB

16 İyul, 2017 14:16 | Hadisə | Baxış sayı: 291

O, yolu keçərkən vurulub

Qusarda 7 yaşlı qızın qəzada ölməsi faktına görə rayon polis şöbəsindən açıqlama verilib. Məlumata görə, qəzaya ilkin səbəb valideyn, nənə ehtiyatsızlığı və nəzarətsizliyidir. 7 yaşlı Məryəm Zərbəliyeva nənəsi yanında olsa da nəzarətsiz halda düşdükləri avtobusun qabağından qaçıb yolu keçərkən onu Nəriman Məmmədovun idarə etdiyi Qaz-31 markalı avtomobil vurub öldürüb. Əgər nənə yol keçərkən uşağa nəzarət etsəydi, onun əlindən tutsaydı, bu hadisə baş vetməzdi. Hər halda, sürücünün günahı da az deyil. O,  kəndin içərisində sürəti  nəzərə almalı idi. Bütün bu nüanslar bir daha istintaq zamanı ciddi araşdırılacaq.

13:23

Bu gün saat 12 radələrində Qusar-Xudat yolunun 28-ci km-də-Qusarın Ləgərqışlaq kəndi ərazisində   7 yaşlı Xudat sakini  Məryəm Vüqar qızı Zərbəliyeva yolu keçərkən,  Xaçmazın Qusarçay kənd sakini, 55 yaşlı Nəriman Məhərrəm oğlu Məmmədovun idarə etdiyi Qaz-31 markalı avtomobillə vurulub və uşaq yerindəcə keçinib.

İstiPress-in Şimal bürosu xəbər verir ki, uşaq Ləgərqışlaq kəndinə nənəsi ilə qonaq gəlibmiş. O,  avtobusdan düşüb yolu keçərkən avtomobilin zərbəsinə tuş gəlib.  Hazırda hadisə yerində Qusar polis şöbəsinin yol və istintaq bölmələrinin əməkdaşlaşları  işləyir. Qəzanın baş vermə səbəbi araşdırmalardan və avtonəqliyyat ekspertizasının rəyindən sonra məlum olacaq.