Rayonda bir gündə 3 qəzada 3 nəfər öldü

16 İyun, 2020 12:21 | Hadisə | Baxış sayı: 48
Qəza
Qəza

Şimal regionunda iyunun 15-də baş vermiş  3 qəzada 3 nəfər ölüb.

İstiPress-in şimal bürosunun məlumatına görə, Xaçmaz rayonunun Nabran zonasında baş verən qəzalarda iki nəfər həyatını itirib. 

Nabran istirahət mərkəzində qeydə alınan qəzada piyada, Qaradağ Buduq kənd sakini, 50 yaşlı Arif Seyfulla oğlu Vəliyev vurulub. Onun Xaçmaz şəhər sakini, 27 yaşlı Elvin Əzizoğlunun idarə etdiyi avtomobillə vurulduğu bildirilir. Piyada aldığı xəsarətlərdən keçinib.

İkinci qəza isə İstisu qəsəbəsində qeydə alınıb. Naməlum avtomobillə yolu keçən Bakı sakini, 59 yaşlı Nurməhəmməd Seyidəliyev və Xaçmaz şəhər sakini, 51 yaşlı İbrahim Arif oğlu Şahbazov vurulub. Nurməhəmməd Seyidəliyev aldığı xəsarətlərdən yerindəcə ölüb.

Rayon ərazisində 3-cü qəza isə Xaçmaz şəhəri ərazisində bsş verib. Xaçmaz rayon sakini, 53 yaşlı Elhan Sərxan oğlu Şabanov idarə etdiyi "Mersedes"markalı avtomobillə yolu keçən, Mürsəliqışlaq kənd sakini, 55 yaşlı Oqtay Əsgər oğlu Hüseynovu vurub. Xaçmaz rayon mərkəzi xəstəxanasına çatdırılan Oqtay Hüseynov orada keçinib.

Xaçmaz polis şöbəsində hər üç qəza faktına görə cinayət işi açılıb.