Gənc oğlan maşınını krana çırpıb öldü

16 İyun, 2019 16:24 | Hadisə | Baxış sayı: 164
Avtomobil qəzası
Avtomobil qəzası

27 yaşı vardı

Qubada ölümlə nəticələnən yol qəzası baş verib.

İstiPress-in şimal bürosunun məlumatına görə, rayonun İkinci Nügədi kəndinin aşağı hissəsindəki yolda hərəkət edən "Jiquli -2107" markalı avtomobil qəfildən kənd sakini Böyükağa adlı şəxsin qapısında saxladığı Zil avtomaşınının kranına çırpılıb.

Nəticədə "Jiquli"nin sürücüsü, 27 yaşlı kənd sakini Şahbaba Hüseynov hadisə yerindəcə ölüb.

Quba polis şöbəsində fakt üzrə cinayət işi açılıb