Kalmıkiyada qəzaya düşən azərbaycanlıların kimliyi məlum olub SİYAHI YENİLƏNİB

16 İyun, 2017 20:35 | Hadisə | Baxış sayı: 384
Qəzaya uğrayan mikroavtobus. Arxiv
Qəzaya uğrayan mikroavtobus. Arxiv

Qəzanın səbəbləri araşdırılır

Rusiyanın Kalmıkiya vilayətinin Çernozemelsk rayonunda Azərbaycan vətəndaşlarının olduğu mikroavtobusun aşması nəticəsində xəsarət alanların kimliyi məlum olub.

Kalmıkiyanın Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, xəsarət alan 11 nəfərin, o cümlədən 7 uşağın vəziyyəti stabil ağır qiymətləndirilir.

Qurum rəsmisinin sözlərinə görə, xəsarət alanlardan bir neçəsi ilkin tibbi yardımdan sonra özlərini normal hiss edirlər və xəstəxanadan çıxmaq istədiklərini bildiriblər.

Eyni zamanda qeyd edilir ki, həkimlər xəsarət alanlardan bəzilərinin müalicə üçün Kalmıkiyanın paytaxtı Elistaya göndərilməsi üçün hazırda konsilium keçirirlər.

FHN rəsmisi bildirib ki, qəzanın baş vermə səbəbi araşdırılır.

 

19:25

Rusiyanın Kalmıkiya vilayətinin Çernozemelsk rayonunda aşan, içərisində Azərbaycan vətəndaşlarının olduğu bildirilən avtobus Bakı-Nijni Novqorod marşrutu üzrə hərəkət edən marşrut avtobusu deyil.

Bu barədə İstiPress-ə açıqlamasında Bakı Beynəlxalq Avtovağzal Kompleksinin sahə rəisi Məhəmməd Abdullayev deyib.

Onun sözlərinə görə, Nijni Novqoroddan gələn sərnişin avtobusu iyunun 16-da səhər saatlarında Bakıya çatıb və marşrutda heç bir hadisə baş verməyib: "Biz dəqiqləşdirdik, belə sərnişin avtobusumuz yoxdur. Əgər qəzaya uğrayan mikroavtobusdursa, ola bilsin, marşrutdan kənar sərnişin daşıyır. Bakıdan Nijni Novqoroda mikroavtobus sərnişin daşımır".

18:00

Rusiyada dəhşətli yol-nəqliyyat hadisəsi baş verib.

İstiPress-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, hadisə Kalmıkiya vilayətinin Çernozemelsk rayonunda baş verib.

Məlumata görə, içərisində Azərbaycan vətəndaşlarının da olduğu mikroavtobus aşıb.

İlkin məlumata görə, hadisə nəticəsində 10 nəfər, o cümlədən 7 uşaq xəsarət alıb.

Yaralılar xəstəxanaya çatdırılıb. Nijni Novoqoroddan Bakıya gələn avtobusda 10-dan çox Azərbaycan vətəndaşı olub. Qəzanın səbəbləri müəyyənləşdirilir.